Keniyada hökumət əleyhinə nümayişlərdə 2 nəfər ölüb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Keniyanın paytaxtı Nayrobi və Mombasa, Kitale, Kisii və Kisumu şəhərlərində toplaşan yüzlərlə müxalif hökumət əleyhinə nümayişlər keçirib.

Təkərləri yandıraraq əsas yolları bağlayan polislə nümayişçilər arasında baş verən hadisələrdə 2 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.

Kisumudakı Oginga Odinga Xəstəxanasının direktoru Corc Rae qeyd edib ki, ölənlər və yaralananlar odlu silahlardan açılan atəş nəticəsində xəsarət alıb. 

Nümayişlər zamanı 100-dən çox adam saxlanılıb.

Qeyd edək ki, müxalifətdəki Azimio Koalisiyasının lideri Raila Odinqa 2022-ci ilin avqustunda keçirilən seçkilərdə məğlub olub, lakin sonra nəticələri tanımadıqlarını açıqlayıb.

Odinqa hökumətin yeni vergi qərarına qarşı vətəndaşları etiraza səsləmişdi.

Müxalifət mart və may aylarında da nümayişlər keçirib.