Kəlbəcər rayonunda bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, rayonun daha üç kəndinin elektrik təchizatı yenilənir.

Belə ki, Zallar, Yanşaq və Çaykənd kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xətlərinin çəkilməsi işlərinə başlanılır.

"Azərişıq" bu işləri "SMCS" şirkətinə həvalə edib və onunla dəyəri 4.5 milyon manat olan müqavilə bağlayıb.