Kilyan Mbappe PSJ-yə gələn mövsüm müqaviləsini yeniləməyəcəyini və Paris komandasının onu bu yay sata biləcəyini bildirib. Klubun keçmiş idman direktoru Leonardo fransalı hücumçu olmadan Çempionlar Liqasını qazanmağın mümkün olduğunu deyir.

İqtisadiyyat.az xəbər verir ki, "L"equipe" nəşrinə danışan Leonardo Kilyan Mbappenin transferi haqqında bunları deyib:

"PSJ naminə, nə olursa olsun Mbappenin getməsinin vaxtıdır. PSJ Mbappedən əvvəl də orada idi və ondan sonra da olacaq. Altı il ərzində beş fərqli klub Çempionlar Liqasının qalibi olub. 2018, 2022-ci ildə "Real Madrid" kuboku qazandı, 2019-cu ildə "Liverpul", 2020-ci ildə "Bavariya", 2021-ci ildə "Çelsi" və 2023-cü ildə "Mançester Siti". Onların heç birinin heyətində Kilyan Mbappe yox idi.Bu, onsuz Çempionlar Liqasını qazanmağın olduqca mümkün olduğunu göstərir".

"Kilyqn Mbappe yaxşı oyunçu ola bilər, lakin o, lider deyil. O, əla hücumçudur, lakin yaradıcı deyil. Onun ətrafında komanda qurmaq çətindir".

PSJ uzun illərdir ki, Kilyan Mbappenin ətrafında toplaşan ulduzlarla Çempionlar Liqası kubokunun arxasınca qaçır. Lakin Liqa 1-də dominantlıq edən komanda indiyədək turnirdə çempionluq qələbəsini yaşaya bilməyib.