Bu gün Azərbaycan I Liqasında 2023/2024 mövsümünə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış oyunu Yevlaxda baş tutub.

"Karvan" burada "Mingəçevir"i məğlub edib - 4:1. 

Turun digər oyunları 14 və 15 sentyabrda olacaq.

Azərbaycan I Liqası

I tur

13 sentyabr

Karvan - Mingəçevir - 4:1

Qollar: Akif Tağıyev, 45+1 (pen.), İzzət Müştaqov, 55, Elvin İsmayılov, 57, Peter Kinqs, 88 - Elnur Mirzəyev, 71

Qırmızı vərəqə: Müşfiq Teymurov, 65 ("Karvan") - Elçin Qasımov, 65, Elvin Əlizadə, 67 ("Mingəçevir")

Baş hakim: Rövşən Rəcəbov