Amerikalı şahmatçı Hikaru Nakamura “Speed Chess Championship 2023” onlayn sürətli şahmat turnirinin finalına yüksəlib. O, yarımfinalda fransalı Maksim Vaşye-Laqravı 16,5:11,5 hesabı ilə məğlub edib.

İqtisadiyyat.az xəbər verir ki, Nakamuranın finaldakı rəqibi FIDE reytinqində birinci yerdə qərarlaşan norveçli Maqnus Karlsen olacaq. Keçmiş dünya çempionu digər yarımfinalda amerikalı Vesli Soya qalib gəlib (22:7).

Turnirin finalı sentyabrın 22-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Nakamura ardıcıl yeddinci dəfədir ki, finalda çıxış edəcək.

Xatırladaq ki, turnir sentyabrın 4-dən 22-dək chess.com platformasında onlayn keçirilir. Yarış iştirakçılarının orta reytinqi 2760,25-ə bərabərdir. Turnirin ümumi mükafat fondu 150 min dollardır