"Real Madrid" klubunun İtaliyan baş məşqçisi Karlo Ançelottinin növbəti dayanacağı məlum olub.
İqtisadiyyat.az xəbər verir ki, Karlo Ançelotti 2024-cü ilin iyun ayından etibarən Braziliya millisini çalışdıracaq.
Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Ançelottinin 2024-cü ildə "Kubok Amerika" turnirində Braziliya millisinin başında olacağını təsdiqləyib.
Sambaçıları müvəqqəti olaraq Fernando Diniz çalışdıracaq.