"İnter Mayami"nin futbolçusu Jordi Alba İspaniya millisindəki karyerasını başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 34 yaşlı futbolçu qərarını bir neçə həftə əvvəl millinin baş məşqçisi Luis de la Fuenteyə çatdırıb. Alba özü və ailəsi üçün daha çox vaxt qazanmaq istəyir.

Qeyd edək ki, ispaniyalı futbolçu 2011-ci ildə millidə debüt edib və 94 oyuna çıxıb. O, yığma ilə Avropa çempionatının və Millətlər Liqasının qalibi olub.