Joao Feliksin “Barselona” sevgisi saxta deyilmiş. Portuqaliyalı ulduz bu komandada oynamaq üçün maaşının ciddi şəkildə azaldılmasına razı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya klubunun vitse-prezidenti Eduard Romeu danışıb: “Feliks bizim üçün fədakarlıq etdi. O, maaşının 400 min avroyadək azaldılmasına razılıq verdi. Bu da oun klubumuzda oynamaq istəməsi üçün nə qədər inadçı olduğunu göstərir”.

Romeu bunu əla mesaj sayır: “İndi növbəti yay necə olacğına baxacağıq. Onun heyətimizdə qalması üçün qarşılıqlı güzəştlər etməliyik”.

Feliks müqavilə ilə “Atletiko”ya məxsusdur. Madrid klubunda oynamaq istəməyən hücumçu icarəyə gəldiyi “Barselona”ya birdəfəlik transfer olunmaq istəyir