Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun 5 futbolçusu “Neftçi” ilə bu gün keçiriləcək ilk oyunu buraxa bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sarayevo təmsilçisinin baş məşqçisi Nermin Başiç məlumat verib. Onun sözlərinə görə, zədəlilərdən ikisinin meydana çıxmayacağı artıq dəqiqləşib. Bunlar yarımmüdafiəçilər Semir Ştiliç və Edin Rustemoviçdir. Müdafiəçilər İrfan Yaşareviç, Edin Kokaliç və yarımmüdafiəçi Hamza Qasalın isə iştirakı sual altındadır.

Qeyd edək ki, “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.