Türkiyənin İzmir vilayəti sahillərində 47 immiqrant xilas edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. 

Məlumata görə, rezin qayıqda bir qrup immiqrantın olması xəbəri üzərinə bölgəyə qrup göndərilib.

Hadisə yerinə yollanan qrup Yunanıstan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan 47 immiqrantı xilas edib.

İmmiqrantlar əməliyyatlarından sonra Bölgə İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.