"Brentford" klubunun hücumçusu İvan Toninin 8 aylıq qadağasının bütün səbəbləri psixiatr diaqnozu ilə üzə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, ingilis hücumçu 2017-ci ilin fevralından 2021-ci ilin yanvarına qədər İngiltərə Futbol Assosiasiyası Sərəncamının E8 qaydasını 232 dəfə pozmaqda təqsirli bilinib. Bu müddət ərzində Toni "Nyukasl"dan icarə əsasında "Skuntorp" və "Uiqan"da oynayıb və 2020-ci ildə daimi olaraq "Brentford"a transfer olunub.

İvan Toni mərc etdiyinə görə son cəzasından sonra 2024-cü il yanvarın 16-na kimi yaşıl meydanlardan kənarda qalacaq.

"Brentford"un rəsmi saytından verilən açıqlamada deyilir: "Brentford FK" İvan Toninin E8 Qaydasını pozduğunu etiraf etdikdən sonra, oyunçuya səkkiz aylıq futbol və futbolla bağlı fəaliyyətlərə qadağa qoyan müstəqil Tənzimləmə Komissiyasının yazılı səbəblərini qəbul edirik"

Qərar federasiyanın saytında yerləşdirilib. İvan və "Brentford" FK" səhvlərinin olduğunu və sanksiyaların qaçılmaz olduğunu etiraf edirlər.

Komissiya qeyd edib ki, "İttihamların heç biri İvanın komandasına mənfi təsir göstərə biləcəyi hadisələrlə bağlı deyil. Təfərrüatlar yazılı səbəblərdədir".

"Brentford"a Toninin işi ilə bağlı bütün sənədlər təqdim edilib və 27 yaşlı futbolçunun matçın nəticəsinə təsir etməkdə əli olduğuna dair heç bir sübut yoxdur.

Sənədlərdə yazılırdı: "Hazırkı iş danışılmış oyunlar deyil. Əgər belə olsaydı, ittihamlar müxtəlif yurisdiksiyalarda araşdırılacaqdı. Cənab Toninin komandasının qələbəsinə qarşı mərc etdiyinə və ya komandasının məğlubiyyətinə təsir etdiyinə dair heç bir sübut yoxdur. O, heyətdə olmayıb və ya sözügedən matçlarda oynamağa uyğun deyildi.

Komisiya psixiatr doktor Hopli tərəfindən qoyulan "qumar aludəçisi" diaqnozunu araşdırmağa qərar verib.