Ukrayna ilə bağlı danışıqlar üçün əlverişli şərait hələ əldə olunmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə xarici işlər naziri vəzifəsini icra edən İtaliya baş nazirinin müavini Antonio Tajani bildirib.

"Biz dialoqa yer açmağa çalışırıq. Düzünü desək, indiki mərhələdə danışıqlar üçün şərait əlverişli deyil. İtaliya hökuməti danışıqlar üçün şərait yaratmaq, universal, ədalətli və davamlı sülhə yol açmaq üçün Ukraynanı dəstəkləyir. Biz Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulasını dəstəkləyirik", - A.Tajani qeyd edib.

"Mən Çini bu münaqişənin sona çatması üçün konstruktiv rol oynamağa çağırıram. Biz də Müqəddəs Taxt-tacın sülh səylərini böyük diqqətlə izləyirik", - diplomat deyib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Moskva hazırda Kiyev hökuməti ilə danışıqlar perspektivi görmür, lakin sülh yolu ilə həllin qapısını açıq saxlayır.