İtaliyanın İrandakı səfiri Cüzeppe Perroneni İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb İranın terror təşkilatı kimi tanıdığı Xalq Mücahidləri Təşkilatının liderini İtaliya Parlamentində iştirak etməsi olub. 

"İtaliyanın bir neçə deputatının cinayətkar terrorçuya ev sahibliyi etməsi terroru təbliğ etməyin ən bariz nümunəsidir", - İran dövlət televiziyasının xəbərində deyilir.