İsti hava Avropanın əksər ölkəsinə təsir etsə də, İtaliyanın Siciliya və Sardiniya bölgələrində havanın temperaturu rekord səviyyəyə - 47-48 dərəcə Selsiyə çata bilər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, qitədə ən yüksək temperatur 2021-ci ilin avqustun 11-də Siciliyanın Sirakuza əyalətinin Floridiya şəhərində 48,8 dərəcə Selsi ilə qeydə alınıb.

Məlumata görə, İtaliyanın mərkəzi və cənub bölgələrində intensiv istilərin təxminən 2 həftə davam edəcəyi, şimal hissələrində isə bir qədər azalacağı gözlənilir. İstilər Fransa, Almaniya, İspaniya və Polşaya da təsir edir.