İtaliya Superkubokunun qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən həlledici oyunda "Napoli" ilə "İnter" üz-üzə gəlib. Oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Napoli" - "İnter" - 0:1

Qol: Martinez, 90+1

Beləliklə, "İnter" ardıcıl 3-cü, ümumilikdə isə 8-ci dəfə bu titulu qazanıb.