İtaliya Nazirlər Şurası Lukoil neft emalı zavodunun milliləşdirilməsini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, İtaliya Nazirlər Şurası strateji müəssisələrin mühafizəsi tədbirləri haqqında fərmanı təsdiqləyib. Bunlara Siciliya adasındakı Lukoil şirkətinə məxsus ISAB neft emalı zavodu da daxildir.

Plana əsasən, müəssisə dövlətin müvəqqəti xüsusi idarəsinə veriləcək. Hakimiyyət orqanları zavodun fasiləsiz işləyəcəyinə zəmanət verib.

Qeyd edək ki, ISAB avropada üçüncü ən böyük neft emalı zavodudur və İtaliyada istehlak edilən yanacağın təxminən 22 faizini istehsal edir.

Məhəbbət Məmmədov