İtaliyada hava istiliyinin həftəsonu rekord həddə çata biləcəyi ilə bağlı proqnozlara uyğun olaraq, sabah üçün 15 şəhərdə, bazar günü üçün isə 16 şəhərdə "qırmızı" xəbərdarlıq edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə həftənin əvvəlindən fəsadlara səbəb olan həddindən artıq isti havanın təsirini daha da artıracağı qeyd edilib.

“Qırmızı” xəbərdarlıqla təşvişə düşən şəhərlər arasında Bolonya, Florensiya, Kataniya, Kampobasso, Bari, Frozinone, Latina, Perugia, Pescara, Rieti, Viterbo, Kalyari, Civitavecchia və Messina ilə yanaşı, paytaxt Roma da var. 

Açıqlamada vurğulanıb ki, həddindən artıq istilər təkcə yaşlılar, klinik cəhətdən həssas insanlar və uşaqlar üçün deyil, bütün əhali üçün təhlükə yaradır.

Xəbərdə həftə sonu havanın temperaturunun orta göstəricidən 12 dərəcə yüksək olacağı paylaşılıb.