Bu gün UEFA Millətlər Liqasında final oyunu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gələcək. Matç saat 22:45-də start götürəcək.

Üçüncü yer uğrunda oyun isə Niderland ilə İtaliya yığmaları arasında keçirilib. Beş qolun vurulduğu oyunda italyanlar qələbə qazanıb və bürünc medalı əldə edib. 

UEFA Millətlər Liqası

"Dördlər finalı"

18 iyun

Üçüncü yer uğrunda görüş

Niderland - İtaliya - 2:3

Qollar: S.Berqveyn, 68, C.Veynaldum, 90 - F.Dimarko, 6, D.Fratessi, 20, F.Kyeza, 73