"İsveçrə kaset sursatlarının qadağasını dəstəkləyir və bütün ölkələri onlardan istifadə etməməyə çağırır".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pierre Alain Elchinger TASS-a açıqlamasında deyib.

“Kasetli sursatlar haqqında Konvensiyaya üzv olan İsveçrə bu silahların qadağan edilməsini dəstəkləyir və bütün dövlətləri onlardan istifadə etməməyə çağırır”, - diplomat qeyd edib.

İyulun 7-də ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Birləşmiş Ştatların Ukraynaya kasetli sursat göndərmək qərarına gəldiyini bildirib. O, həmçinin bildirib ki, Kiyev Vaşinqtona bu silahların mülki şəxslər üçün riskləri minimuma endirəcək şəkildə istifadə olunacağına dair yazılı təminat verib. Pentaqonun sözçüsü Patrick Ryder cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya mülki şəxslər üçün ən az risk yaradan kaset sursatları verməyə hazırdır.