İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günü məscidin qarşısında Qurani-Kərimin yandırılmasına Stokholmun Medborqarepaltsen rayonunda etiraz aksiyası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, müsəlman dərnəklərinin təşkil etdiyi aksiyada 500-ə yaxın insan iştirak edib. 

Təxribatlara etiraz edən nümayişçilər Quranın yandırılmasının qadağan edilməsini tələb ediblər. Nümayişçilər əllərində “Qurani-Kərimin yandırılmasını dayandırın” və “Müsəlmanları təhqir etməyə son” yazılan plakatlar qaldırıblar.

Qrup adından verilən açıqlamada İsveçdə Quranın yandırılmasının müsəlmanları incitdiyi və nifrət cinayətinin törədildiyi bildirilib.

Təxribatın həm də müsəlmanlara qarşı hücum olduğu bildirilib və dini kitabların yandırılmasının qadağan edilməsi tələb olunub.