İsveç Silahlı Qüvvələri Kiyevə təlim keçmiş Ukrayna ekipajları ilə birlikdə 10 "Strv122" tankı göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Krallığın Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Bildirilib ki, bu tankların Ukraynaya bağışlanması tamamilə düzgün qərar olsa da, İsveç ordusunun imkanlarına mənfi təsir edəcək. Buna görə də İsveç bu tanklardan daha çoxu almalıdır, əks halda, İsveç ordusu NATO üzvlüyünün tələbləri ilə təsdiqlənmiş böyümə hədəflərinə nail ola bilməyəcək.

 

Gözəl Həşimova