İstanbulda dörd nəfərlik bir ailənin iyun ayında orta yaşayış minimumu 35 min 380 TL olub. Beləcə, yaşayış minimumu yüzdə 63,86 faiz artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İstanbul Planlaşdırma Agentliyinin məlumatında bildirilib.

İstanbul Planlaşdırma Agentliyinin “İstanbulda Yaşayış Qiyməti” araşdırmasının ilk hesabatı dərc olunub.

Hesabata görə, iyun ayında İstanbulda yaşayış minimumu əvvəlki ilin eyni ayına görə yüzdə 63,86 fiaz artıb. İstanbulda dörd nəfərlik bir ailənin orta yaşayış dəyəri iyun ayında 35 min 380 TL olaraq hesablanıb.

İstanbulda yaşayış minimumu əvvəlki ayla müqayisədə 5,59 faiz, əvvəlki ilin dekabr ayına görə isə 28,20 faiz artıb.