İsrailin müdafiə naziri Yoav Gallant İsrail və HƏMAS arasında müharibə bitdikdən sonra Qəzzanın gələcək idarəçiliyi ilə bağlı təkliflərini açıqlayıb.

İqtisadiyyat.az "BBC"-yə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, ərazidə məhdud Fələstin hakimiyyəti olacaq.

O əlavə edib ki, Həmas artıq Qəzzaya nəzarət etməyəcək və İsrail ümumi təhlükəsizlik nəzarətini saxlayacaq.