İsraildə minlərlə insan baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin həyata keçirmək istədiyi mübahisəli məhkəmə islahatına qarşı nazirlərin və millət vəkillərinin iqamətgahları qarşısında etiraz aksiyası keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Korporasiyası (KAN) və digər bəzi yerli KİV məlumat yayıb. 

Məlumata görə, müdafiə naziri Yoav Gallant, ədliyyə naziri Yariv Levin, parlamentin spikeri Amir Ohana və parlament üzvü Boaz Bismut da daxil olmaqla, bəzi nazirlərin və millət vəkillərinin iqamətgahları qarşısında keçirilən etiraz aksiyalarına minlərlə israilli qatılıb.

Bundan əlavə, Netanya, Herzliya və Petah Tikva da daxil olmaqla bəzi şəhərlər məhkəmə nizamnaməsinə etiraz ediblər.