"İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri Livandakı Hizbullah hərəkatının hərbi obyektlərinə cavab zərbələri endirib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanda yerləşən Hizbullah terror təşkilatının bir neçə hədəfinə, o cümlədən hərbi düşərgəyə zərbələr endirib. Bundan əlavə, İsrail ordusunun tankı Livandakı terrorçu dəstəyə hücum edib", - bəyanatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, son saatlarda Livandan İsrail ərazisinə bir neçə mərmi atılıb: "Ordunun artilleriyası atəşin gəldiyi ərazilərə zərbələr endirir".

"Hizbullahın davam edən terror fəaliyyəti və İsrailə hücumları BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur", - ordunun mətbuat xidməti bildirib. 

"IDF İsrailin sərhədlərini istənilən təhlükədən qorumağa davam edəcək", - deyə ordu əlavə edib.