Livandan İsrailin şimalına bir saat ərzində on beş mərmi atılıb.

İqtisadiyyat.az-ın məlumatına görə, İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, İsrail qırıcıları Livanın "Hizbullah" hərəkatının hərbi binalarına və hədəflərinə zərbələr endirib.

"Bir saat ərzində Livandan [İsrailin şimalındakı] 15 mərmi atılıb, onlardan bəziləri ÇAXAL-ın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Xəsarət alanlar barədə məlumat verilməyib", - deyə bildirilib.