İsrail ordusu ölkəyə açılan atəşə cavab olaraq Livana zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Livandan İsrail ərazisi istiqamətində çoxsaylı atışlar qeydə alınıb. İsrail Müdafiə Qüvvələri atəş mənbələrinə hücum edib", - məlumatda deyilir.

Bundan əlavə, cümə günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Livanın Blida kəndi yaxınlığında Hizbullahın hərbi qanadının operativ komanda məntəqəsinə zərbələr endirib. 

"Bu səhərdən etibarən IDF tankları və artilleriyası Livanın bir sıra ərazilərinə zərbələr endirib", - mətbuat xidməti əlavə edib.