İsraildə gərginliyi artıracaq daha bir addım atılıb.
Belə ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Fələstin bayrağının ictimai yerlərdə nümayişini qadağan edib və ərəb deputatların fələstinli məhbusları ziyarət etməsinə məhdudiyyətlər qoyub.
Mövzu ilə bağlı polisə təlimat verdiyini açıqlayan Ben-Gvir sosial media hesabından etdiyi paylaşımda "Terrora və onun təhrikinə qarşı var gücümüzlə mübarizə aparacağıq" açıqlamasını verib.