İspaniyalı keçmiş futbolçu Pelayo vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, keçmiş yarımmüdafiəçini qatar vurub və bu səbəbdən dünyasını dəyişib. Onun 32 yaşı var idi.

Pelayo 2018-ci ildə üçüncü mərtəbədən yıxılaraq ciddi xəsarət alıb və buna görə karyerasını bitirmişdi.

Mərhum oyunçu "Elçe", "Ovyedo" və "Kordoba"da çıxış edib.