"Betis"in futbolçusu İsko zədələnib.

İqtisadiyyat.az xəbər verir ki, o, sol diz bağlarında yaranan problemə görə 1.5-2 ay müddətində meydanlardan kənarda qalacaq.

Yarımmüdafiəçi "Xetafe" ilə matçda zədələnib və oyunun sonlarına yaxın meydanı tərk edib.

Bu mövsüm İsko 29 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.