İspaniyada iş həftəsinin 40 saatdan 37,5 saata endirilməsi yerli şirkətlərə ildə 42,4 milyard avroya başa gələ bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya Kiçik və Orta Müəssisələr Konfederasiyasının hesabatında deyilir.

Söhbət daha az vaxt işləyəcək işçilərin maaşlarının saxlanılması üçün təxminən 11,8 milyard avroluq birbaşa xərclərdən və 30,6 milyard avroluq əlavə gəlirdən gedir.

Bundan əvvəl İspaniya hökumətinin bir hissəsini təşkil edən partiyalar iş həftəsini 2024-cü ildə 38,5 saata, 2025-ci ildə isə 37,5 saata endirmək barədə razılığa gəliblər. İşçilərin maaşlarının eyni səviyyədə qalacağı bildirilib.

 

Gözəl Həşimova