İspaniyanın Primera Liqasında çıxış edən “Kordoba” klubu tarixinin ən uğursuz qış transferləri açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, 10 futbolçunun yer aldığı siyahıda bir tanış sima da var. Bu, hazırda “Neftçi”nin formasını geyinən Eddi İsrafilovdur.

Azərbaycan millisinin yarımmüdafiəçisi 2016-cı ilin fevralında “Mursiya”dan icarəyə götürülsə də, “Kordoba”da cəmi 6 ay qala bilib. Yarım mövsüm bu komandanın formasını geyinən İsrafilov tarixin ən uğursuz qış transferlərindən biri seçilib.

Qeyd edək ki, Eddi İsrafilov 2022-ci ilin yanvarından “Neftçi”nin şərəfini qoruyur