Meksika xaricdə işləmək üçün dünyanın ən yaxşı ölkəsinə çevrilib.

İqtisadiyyat.az "CNBC"ə istinadən xəbər verir ki, bu barədə xarici ölkələrdə yaşayan insanların qlobal icması olan "Internations"ın araşdırmasında deyilir.

Məlumata görə, bu əyalətdə qürbətçilərin 90%-i özünü xoşbəxt hiss edir.  Araşdırmada həyat keyfiyyəti, məskunlaşma asanlığı, rahat iş şəraiti, şəxsi maliyyə təhlükəsizliyi kimi meyarlar və dil öyrənilməsi nəzərə alınıb.

Meksikada əcnəbilər üçün həyat şəraiti yaradan əsas amillər arasında məşğulluğun mövcudluğu, sosial əlaqələrin qurulması asanlığı, yerli sakinlərin açıqlığı, mənzil qiymətlərinin nisbətən ucuz olması və s. var. 

Xaricdə işləmək üçün ən cəlbedici ölkələr siyahısında ikinci yerdə İspaniya qərarlaşıb. Əcnəbilərin 87%-i bu ölkədə çalışmaqdan razıdırlar. Ziyarətçilər həmçinin Avropa ölkəsində iş və şəxsi həyat arasında tarazlığı yüksək qiymətləndiriblər.

İlk üçlüyü Panama tamamlayıb. Bu ölkədə əcnəbilər dostluq və sosial əlaqələrin qurulmasının asanlığını, həmçinin şəxsi maliyyə təhlükəsizliyini yüksək qiymətləndirirlər. Ümumilikdə Mərkəzi Amerika əyalətində ziyarətçilərin 81%-i özünü xoşbəxt hiss edir.