"Real"ın sabiq futbolçusu İsko karyerasını İspaniyada davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Betis"lə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsko ilə razılaşmanın detalları açıqlanmayıb.

2013-2022-ci illərdə “Real”da forma geyinən İsko 2022-ci ilin avqustundan dekabrına qədər “Sevilya”da çıxış edib.