İŞİD-in sözçüsü Əbu Həsən əl-Haşimi əl-Qureyşinin öldürüldüyünü bildirib.


İqtisadiyyat.az xəbər verir ki, İŞİD-in sözçüsü açıqlamasında Əbu Həsən əl-Haşimi əl-Qureyşinin ölüm tarixi və şəraiti barədə məlumat verməyərək, “O, Allah düşmənləri ilə döyüşərkən həlak olub” deyib.


Sözçü öz səsli mesajında ​​Əbu əl-Hüseyn əl-Hüseyni əl-Qureyşinin "müsəlmanların yeni xəlifəsi" olaraq xarakterizə etdiyi "rəhbərliyə" təyin edildiyini açıqlayıb.