Çərşənbə axşamı günorta İranın Rəzəvi Xorasan əyalətinin Kəşmir bölgəsində zəlzələ baş verib, nəticədə azı 4 nəfər ölüb, 120-dən çox insan yaralanıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mehr yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

Qeyd edilib ki, İranın şimal-şərqindəki Rəzəvi Xorasan vilayətinin səlahiyyətliləri çərşənbə axşamı yerli vaxtla saat 13:24-də 5 bal gücündə zəlzələnin baş verdiyini bildiriblər. 

Yerli hakimiyyət orqanları milli televiziyaya zəlzələdən qısa müddət sonra bölgəyə xilasetmə və axtarış qrupunun göndərildiyini, 120 yaralıdan 35-nin zəlzələdə aldığı xəsarətlərin müalicəsi üçün xəstəxanaya aparıldığını bildirib.

Zəlzələnin əsasən qəzalı binalara ziyan vurduğu bildirilir.