İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermanda yerləşən məqbərəsinə yaxın küçədə baş verən partlayış zamanı yaralananların sayı 188-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hazırda ölənlərin sayı 103 nəfər təşkil edir. Terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib.

*** 18:41

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermanda yerləşən məqbərəsinə yaxın küçədə baş verən partlayış zamanı ölənlərin sayı 103-ə çatıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, hücum zamanı yaralananların sayı 141 nəfərə yüksəlib.

*** 17:52

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb.

İqtisadiyyat.az Tasnim-ə istinadən xəbər verir ki, yaralı sayı 170-dən çoxdur.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib. İranın Kirman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.