İranın hüquq-mühafizə orqanları İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Əl-Qüds qüvvələrinin komandirinin olduğu Kirman şəhərində qəbiristanlıq yaxınlığında terror aktında şübhəli bilinən 11 nəfəri saxlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin açıqlamasına görə, Kirmanda kamikadzelərdən ikisinin yaşadığı ev də tapılıb. Evin içərisində istifadəyə hazır partlayıcı qurğular, o cümlədən partlayıcı kəmərlər olub.

"Fars" agentliyi İslam Respublikasının Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, İran təhlükəsizlik qüvvələri cinayətlə bağlı mühüm dəlillər aşkarlayıb və terror aktında iştirakda şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi həmçinin aydınlaşdırıb ki, terror aktı nəticəsində 89 nəfər həlak olub, onlardan 12-si Əfqanıstan vətəndaşıdır. Ölənlər arasında yaşı 10-dan az olan 9 uşaq var, 30-u isə 18 yaşından kiçik yeniyetmə olub.

*** 18:04

İranın hüquq-mühafizə orqanları İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlılarının komandiri Qasım Süleymaninin dəfn olunduğu Kirman şəhərində qəbiristanlığın yaxınlığında terror aktında əli olmaqda şübhəli bilinən bir neçə nəfəri saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Fars" agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İdarənin açıqlamasında bildirilir ki, cinayətlə bağlı mühüm sübutlar aşkar edilib, bir neçə nəfər saxlanılıb: "Şübhəlilər haqqında daha sonra tam məlumat veriləcək".

Daxili İşlər Nazirliyi həmçinin aydınlaşdırıb ki, terror aktı nəticəsində 89 nəfər həlak olub. Onlardan 12-si Əfqanıstan vətəndaşıdır.