İran hökuməti general Qasım Süleymaninin dəfn olunduğu Kerman şəhərində qəbiristanlıq yaxınlığında baş vermiş iki partlayışda həlak olanlar üçün yanvarın 4-nü ölkə daxilində matəm günü elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Son məlumatlara görə, partlayışlar nəticəsində azı 103 nəfər ölüb, 188 nəfər yaralanıb.

Qeyd edək ki, Kermanda Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki partlayış baş verib.