General Qasım Süleymaninin xatirəsinə həsr olunmuş mərasim zamanı baş verən iki partlayış terror aktı elan edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Kirman əyalətinin qubernatorunun müavini bildirib.

"Qolzar-e Şohadda baş verən insident (partlayışın yaxınlığında Kermanda yerləşən qəbiristanlığın adı - red.) terror aktıdır", - "Nour News" portalı onun sözlərindən sitat gətirib.