İranda 5,7 bal gücündə zəlzələ baş verib.

Zəlzələdə can itkisinin olub-olmadığı barədə hələlik məlumat yoxdur.

İqtisadiyyat.az xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən yazılı açıqlamaya görə, episentri Kunq şəhərində olan 5,7 bal gücündə zəlzələ yerli vaxtla saat 18:47-də qeydə alınıb.


Zəlzələnin yerin 16 kilometr dərinliyində baş verdiyi bildirilib.