İran parlamenti ictimai yerlərdə hicab taxmayan qadınlara qarşı cəzaları artıran qanunu təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Iran Wire" məlumat yayıb.

“Hicab mədəniyyətinin dəstəklənməsi və sosial sağlamlığın qorunması haqqında” qanun layihəsində hicab geyinməyənlərin səkkiz milyon tümənə qədər (təxminən 327 min manat) cərimələnməsi nəzərdə tutulur. Cərimə bir ay ərzində ödənilməzsə, məbləğ ikiqat artırıla bilər.

Bundan əlavə, qanunu pozanlar işdən qovulub, bir ilədək sosial şəbəkələrə girişdən məhrum edilə bilər.

Məlumata görə, qanun layihəsi sentyabrın 20-də qəbul edilib. 152 nəfər onu dəstəkləyib, 34 nəfər əleyhinə səs verib.

 

Gözəl Həşimova