İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) dekabrın 25-də Sankt-Peterburqda azad ticarət zonasının yaradılması haqqında saziş imzalayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri qeyd edib.

Onun sözlərinə görə, Avrasiya ölkələri ilə güzəştli ticarət haqqında saziş dekabrın 25-də imzalanacaq.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinə Belarus, Ermənistan, Qazaxıstan və Rusiya daxildir.

 

Gözəl Həşimova