"Neftçi"nin məşqçisi İqor Getman "Matç TV" turnirində "Zenit"ə məğlub olduqları görüşü şərh edib.

İqtisadiyyat.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis 1:3 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

"Çox yaxşı iş gördük. Böyük büdcəsi olan bir klubla və iki yaxşı heyəti olan komanda ilə bərabər səviyyədə oynadıq. Bir az geridə idik. Uşaqların fiziki durumu yaxşı deyildi, bəziləri millidən, bəziləri də istirahətdən yeni qayıdıb. Sonda gənc oyunçuları meydana daxil etməli olduq. Lakin futbolçularıma fədakarlıqlarına görə minnətdaram. Tapşırıqları yerinə yetirdilər".