İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 43 min 592 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 532 milyon 448 min 864 manatdır.