İnvestisiya üçün ən etibarlı üç valyuta açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə rusiyalı analitik Mixail Belyayev bildirib.

Onun sözlərinə görə, bu gün ən etibarlı və sabit valyutalar dollar, avro və yuandır: "Rubl bu valyutalar qarşısında ucuzlaşmaqda davam edir. İlin əvvəlindən bəri Rusiya valyutası dollar qarşısında 30% ucuzlaşıb.

Bundan əlavə, lirə və tengenin ticarət həcminin artmasına baxmayaraq, onları qoruyucu aktiv kimi qəbul etmək hələ tezdir. Bu valyutalarda ticarət həcmi artır, çünki onlar üzrə xarici ticarət əməliyyatlarının sayı çoxalır və milli valyutalarda hesablaşmalara hazırlıq gedir. Ancaq bu o demək deyil ki, bu valyutalara investisiya qoymağa dəyər".

 

Gözəl Həşimova