Çin ölkənin şimal-qərbindəki Jiuquan peyk buraxılış mərkəzindən kosmosa yeni sınaq peyki göndərib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Pekin vaxtı ilə saat 19:00-da Long March-2C daşıyıcı raketi ilə orbitə buraxılan peyk plan üzrə təyinat nöqtəsinə yerləşib.

Peyk internet texnologiyaları üçün sınaq missiyalarını yerinə yetirəcək.