Yeni mövsümdən A Seriyasında mübarizə aparacaq "Frozinone" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən kollektiv "İnter"dən Samuel Mulattiyerini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Frozinone" hücumçu üçün "neradzurra"ya 4,5 milyon avro ödəyəcək.

İtalyan oyunçu ötən mövsüm icarə əsasında "Frozinone"də keçirib. O, B Seriyasında 30 oyunda 12 qol vurub.