Transfer çalışmalarını davam etdirən İtaliyanın "İnter" klubu heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

İqtisadiyyat.az xəbər verir ki, Milan şəhər təmsilçisi Danimarkanın "Orxus" klubunda çıxış edən 22 yaşlı alman müdafiəçi Yan Bissek ilə razılığa gəlib.

Futbolçu ilə tibbi yoxlanışdan keçdikdən sonra müqavilə imzalanacaq. Klub futbolçu üçün qarşı tərəfə 7 milyon avro ödəyəcək.

Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi Almaniyanın U-21 komandasında da çıxış edib.