Böyük Britaniyada istehlak qiymətləri indeksi oktyabr ayında illik müqayisədə 4,2% artıb.

Beləliklə, ölkədə 2011-ci ilin dekabrından bəri ən sürətli qiymət artımı yaşanıb. Böyük Britaniyada inflyasiyanın artım tempi oktyabr ayında da davam edib.

Oktyabrda ölkədə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar inflyasiyanın 3,9% olacağını gözləyirdilər. Oktyabrda illik inflyasiya 2011-ci ilin dekabrından bəri ən yüksək illik inflyasiya olub.

Oktyabrda ölkədə istehlak qiymətləri indeksi aylıq olaraq 1,1% artıb. Bu məlumat üçün gözlənti 0,8% idi. Əsas göstəricilər üzrə illik inflyasiya 3,4% təşkil edib.

Oktyabr ayında pərakəndə satış qiymətləri indeksi illik nisbətdə 6%, aylıq bazda isə 1,1% artaraq iqtisadçıların gözləntilərini üstələyib.